
Bakı. Trend:
Bədii gimnastika üzrə Avropa kuboku genişmiqyaslı yarışdır, çox
xoşuma gəldi. Ümid edirəm ki, belə yarışlar çox olacaq.
Bu barədə Trend-ə
Bakıda bədii gimnastika üzrə Avropa kubokunun mükafatçısı, qadın
gimnast Vera Tuqolukova (Kipr) deyib. Bakıda keçirilən yarışlarda
Vera Tuqolukova lentlə proqramda gümüş, o cümlədən halqa və gürzlə
hərəkətlərdə iki bürünc medal qazanıb.
“Yarışlar kifayət qədər yaxşı keçdi, lakin səhvlərə yol verildi,
ona görə də görüləsi işlər var. Ümid edirəm ki, Avropa çempionatına
qədər hər şeyi düzəldəcəm. Bakıda keçirilən Avropa kubokunda çox
güclü idmançılar iştirak edirdilər, mən onları özümə nümunə
götürürəm”, – deyə gimnast qeyd edib.
İdmançı ötən il Bakıda bədii gimnastika üzrə beynəlxalq “AGF
Trophy” turnirində iştirak etdiyini bildirib.
“Bakı mənim sevimli şəhərlərimdən biridir, çünki burada yarışlar
həmişə yüksək səviyyədə keçirilir, təşkilatçılıq qüsursuzdur”, –
deyə o əlavə edib.
Qeyd edək ki, mayın 3-5-də Bakıda Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə Avropa kuboku keçirilib. Yarışda 37 ölkədən
nümayəndə iştirak edib. Gimnastlar iki yaş kateqoriyasında –
“böyüklər” (fərdi proqram və qrup hərəkətləri) və “gənclər” (fərdi
proqram) üzrə çıxış ediblər.





























