
Bakı. Trend:
Azərbaycan gimnastika yarışlarını çox gözəl təşkil edir.
Bu barədə Trend-ə
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunun medalçısı
Bolqarıstan idmançısı Boryana Kaleyn deyib. Yarışda Boryana Kaleyn
top və lentlə hərəkətlərdə iki qızıl, o cümlədən halqa proqramında
gümüş medal qazanıb.
“Bakıda keçirilən Avropa kubokunda medal qazandığım üçün şadam.
İştirak etmək və “cross battle” formatında keçirilən yarışların
gedişatını izləmək maraqlı idi. Düşünürəm ki, bu, təkcə bizim
gimnastlar üçün deyil, həm də tamaşaçılar üçün maraqlı oldu. Şadam
ki, yarışlar Bakıda keçirilib. Mən bu şəhəri sevirəm, burada keçən
il Avropa çempionu oldum”, – deyə o vurğulayıb.
Qeyd edək ki, mayın 3-5-də Bakıda Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə Avropa kuboku keçirilib. Yarışda 37 ölkədən
nümayəndə iştirak edib. Gimnastlar iki yaş kateqoriyasında –
“böyüklər” (fərdi proqram və qrup hərəkətləri) və “gənclər” (fərdi
proqram) üzrə çıxış ediblər.





























