Bakı. Trend:
Türkiyə Superliqasında 35-ci turun növbəti oyunları
keçirilib.
Trend-in
məlumatına görə, çempionluq şansı daha çox olan “Qalatasaray” doğma
meydanda ‘Sivasspor”la qarşılaşıb. Görüş İstanbul nəhənginin 6:1
hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında “Başakşəhər” “Kasımpaşa”nı 4:1 hesabı
ilə məğlub edib. “Qaziantep” – “Hatayspor” görüşü isə heç-heçə
bitib – 1:1.
Bu nəticədən sonra xallarını 96-ya çatdıran “Qalatasaray” turnir
cədvəlinə başçılıq edir. “Sivasspor” isə 48 xalla doqquzuncu
pillədə qalıb.




























