Advertisement

AİB-in Azərbaycan üçün yeni strategiyası dekarbonizasiyaya yardıma yönələcək – Yevgeni Jukov

Tbilisi. Trend:

Asiya İnkişaf Bankının (AİB) Azərbaycanla bağlı yeni
strategiyası dekarbonizasiyaya yardım edilməsinə yönələcək.

Bu barədə Trendözəl müsahibəsində AİB-in Mərkəzi və Qərbi
Asiya üzrə baş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilən
illik toplantısı çərçivəsində bildirib.

“Biz ölkə ilə yeni tərəfdaşlıq strategiyası hazırlayırıq. Amma
deməliyəm ki, bu strategiyanın əsas gündəliyi iqlim dəyişikliyinin
təsirləri ilə mübarizə və Azərbaycana iqtisadiyyatın
karbonsizləşdirilməsinə və bərpa olunan enerji mənbələrinin payının
artırılmasına kömək etmək olacaq. Beləliklə, hansı sektorlarda
işləməyimizdən asılı olmayaraq, bu, təkcə Azərbaycanda deyil, bütün
Asiya-Sakit okean regionunda AİB üçün hərtərəfli gündəmdir.
Ümumilikdə AİB bu proqrama 2030-cu ilə qədər 100 milyard dollar
sərmayə qoymağı öhdəsinə götürüb”, – deyə o bildirib.