
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqazda nəqliyyat şəbəkəsinin
bərpasına sərmayə yatırmağa hazırdır.
Bu barədə Trend-ə özəl müsahibəsində AİB-in Mərkəzi və Qərbi
Asiya üzrə baş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilən
illik toplantısı çərçivəsində bildirib.
“Sektorlara nəzər salsaq, biz həm də daşımalarla bağlı daha çox
işləmək, Azərbaycan Dəmir Yolları ilə əməkdaşlığımızı
genişləndirməkdə davam etmək istəyirik, çünki bütün şəbəkənin
bərpası üçün çoxlu yarımçıq qalan vəzifələr var”, – deyə o qeyd
edib.
O qeyd edib ki, AİB də Azərbaycan və Ermənistan arasında uğurlu
danışıqlara ümid edir, çünki sülh sazişi əldə edildikdən sonra bu,
ölkəyə əlavə nəqliyyat dəhlizinin açılmasına, Azərbaycanı və
regionu dünya ilə daha yaxşı əlaqələndirməyə imkan verəcək:
“Azərbaycanın cənub hissəsindən Ermənistan ərazisindən Naxçıvana
qədər uzanan kifayət qədər köhnə dəmir yolu var. Ona görə də sülh
sazişi və digər razılaşmalar əldə olunarsa, biz bu şəbəkənin
bərpasına sərmayə qoymağa çox şad olarıq, lakin təbii ki,
Azərbaycan hökumətinin prioritet qərarlarına uyğun olaraq”.



























