
Bakı. Trend:
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə
vurduğu ev qollarının sayını 50-yə çatdırıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna XXXIII
turda nail olublar.
“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol
sayı 50-yə yüksəlib. Bu, klubun tarixində yeni rekorddur. Ağdam
təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu.
Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur.
Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur.
1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top
keçiriblər.





























