
Tbilisi. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla dayanıqlı satınalmalar
çərçivəsində tikinti sektorunda əməkdaşlıqda maraqlıdır.
Bu barədə AİB-in Tbilisidə keçirilən illik toplantılarının
kuluarında Trend-ə müsahibəsində bankın baş direktor müavini,
satınalmalar, portfel və maliyyə idarəetməsi departamentinin
satınalmalar üzrə baş mütəxəssisi Ceff Teylor deyib.
“Dayanıqlı satınalmalar son dərəcə geniş bir mövzudur. Buraya
idarəetmə, iqtisadi, sosial və əlbəttə ki, çox vacib olan ekoloji
aspektlər daxil ola bilər. AİB layihə maliyyələşdirməsi siyasətinə
uyğun gələn proqramların fəaliyyəti və dəstəklənməsi üçün imkanlar
axtaracaq. Söhbət daha ekoloji binalardan, tikinti materiallarından
və s. gedə bilər”, – o deyib.
Teylorun sözlərinə görə, hər bir ölkə öz yanaşmasından istifadə
edir və onların coğrafi mövqeyindən və iqtisadi şərtlərdən asılı
olaraq müxtəlif prioritetlər müəyyən edir.
“Lakin fikrimcə, Azərbaycan dayanıqlı inkişaf məsələlərini milli
tənzimləmə və qanunvericiliyə daxil etməklə ən mühüm addımı atıb.
Bu isə həm AİB-in maliyyə portfeli, həm də hökumət islahatlarına
dəstək çərçivəsində ekoloji və sosial layihələri necə dəstəkləyə
biləcəyimiz nöqteyi nəzərindən gələcəyə irəliləmək üçün çox yaxşı
əsas təmin edir”, – AİB baş direktorunun müavini deyib.
O, daha sonra “yaşıl” sementin tərkibində ənənəvi sementlə
müqayisədə aşağı tərkibdə karbon olduğunu qeyd edib.
“Bunu Hindistanda AİB-in maliyyə layihəsinin bir hissəsi kimi
sınaqdan keçiririk. Bu, bazarın həmin tələbə cavab
verib-verməyəcyindən asılıdır. Hindistan bazarında dərin araşdırma
apardıq və belə bir nəticəyə gəldik ki, istehsalçılar cavab
reaksiyası verə bildilər. Bunu dəstəkləyə biləcəyimiz sahə və
metodlardan biri qiymətləndirmə prosesində daha ekoloji və ya
ekoloji cəhətdən təmiz materiallar təklif edən podratçıya üstünlük
verməkdir.
Biz “yaşıl” sement nümunəsindən istifadə edirik və düşünürəm ki,
tezliklə bununla bağlı müəyyən qlobal standartlar müəyyən edilə
bilər”, – deyə Teylor bildirib.
O, satınalmalarda karbon qazı tullantılarını azaltmaq üçün bir
çox imkanların olduğunu əlavə edib.
“Digər nümunə, misal üçün, enerjiyə qənaət edən nasoslar və ya
LED küçə işıqlandırması ola bilər və fikrimcə, bu cür nümunələr
milli səviyyədə müəyyən edilmiş töhfələr olaraq nəzərdən keçirilə
bilər. Azərbaycan proqramı üzərində dayanacağıq. Hər şey
Azərbaycanla razılaşdırılmalıdır, AİB tərəfindən zorla
yeridilməməlidir. Çünki dayanıqlı inkişaf çox geniş mövzudur və
burada milli məsuliyyət olmalıdır. Lakin bizi xüsusilə
maraqlandıran sektor tikintidir. Tikinti prosesində yaranan
karbonun təsirini və tulllantılarını necə azalda bilərik? Bütün
müştərilərimizlə işləməkdə xüsusən maraqlı olduğumuz daha bir sahə
bunun tənzimləmə standartlara daxil edilməsi və sairədir”, – o
deyib.
Ceff Teylor Azərbaycanın AİB-in dəstəkləyə biləcəyi
normativ-hüuqiq bazanın təmin olunması üzrə ən mühüm addımı artıq
atdığını qeyd edib.
“Lakin satınalmalar prosesi nöqteyi-nəzərindən tikinti
materialları daha böyük maraq kəsb edir. Tikinti, asfalt, sement,
polad, alüminiumla bağlı ağır sənayeyə nəzər salsaq, onun payına
qlobal tullantıların 30-40 faizi düşür. Bu ağır sənaye sahələrində
hər hansı, hətta kiçik azalma belə çox mühüm təsirə malikdir.
41 borcalan ölkənin hamısı üzrə diaqnostika apardıq. Normativ
bazanı öyrəndik və misal üçün, Azərbaycanda satınalma sistemində
islahatları aşkarladıq. Biz müştərimiz olan hər bir ölkə ilə
həqiqətən dəqiq mənzərə olaraq təsvir etdiyimizi razılaşdırma
prosesindəyik. İndiyədək 41 ölkədən 10-u razılıq verib. Hazırda
Azərbaycanla bunu müzakirə edə bilmirik, çünki diaqnostikamızın
Azərbaycandakı cari vəziyyəti dəqiq əks etdirdiyindən əmin olmaq
istəyirik ki, belə ki, Manilada yerləşirik. Diaqnozun düzgün nəticə
verdiyindən əmin olmalıyıq. Beləliklə, hazırda onları razılaşdırna
prosesindəyik. Bu ilin sonunda nəticələri dərc edə biləcəyimizə
ümid edirik. Bu, bizə hər bir müştəri ölkə ilə işləmək üçün
prioritetlərin siyahısı verəcək. Maksimum səmərəliliyi təmin etmək
üçün dayanıqlı satınalmalar sahəsində milli prioritetlərə
uyğunluğumuz çox vacibdir”, – deyə o bildirib.
Teylor AİB-in çox elementin icrasını tələb etməyəcəyini, bunun
işə yaramayacağını qeyd edib.
“Bunu kənardan zorla qəbul etdirmək olmaz. Lakin bu artıq
dediyim kimi, “yaşıl” sement, eləcə də sosial inteqrasiya ola
bilər. Bunlar qadınların təchizat zəncirində iştirakını təşviq
etmək üçün qiymətləndirmə və saziş imzalama mexanizmləri daxil ola
bilər. Bütün bunları Azərbaycanın prioritetləri müəyyənləşdirəcək.
Lakin biz dayanıqlı inkişafla əlaqəli hər şeyə çox açığıq və
dəstəkləyirik. Bu, riayət etməli olduğunuz hər hansı bir proses
deyil. Biz həmçinin, bilik məhsullarının hazırlanması ilə, eləcə də
satınalmaların dayanıqlılığını necə qiymətləndirmək, nümunələr və
mövzu ilə bağlı təqdimatlar təmin etməklə məşğul oluruq. Söhbət
maliyyələşdirilib-maliyyələşdirilməyəcəyindən asılı olmayaraq,
satınalmalarda istifadə üçün potensial yararlı alətlər toplusunun
təmin edilməsindən gedir”, – deyə o son olaraq deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























