Advertisement

Yığmamızın 2 futbolçusu “Qalatasaray”la Türkiyə çempionu olub

Bakı. Trend:

Qadınlardan ibarət Azərbaycan millisinin iki futbolçusu Türkiyə
çempionu olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, Kristina Bakarandze və Nazlıcan Parlakın
çıxış etdiyi “Qalatasaray” Türkiyə Super Liqasının qalibi adını
qazanıb.

2023/24 mövsümünün çempionu son turda müəyyənləşib. “ALG Spor”a
2:0 hesabı ilə qalib gələn “sarı-qırmızılar” 71 xalla 1-ci yeri
tutub.

Qeyd edək ki, “Trabzonspor” 69 xalla ikinci, “Fənərbaxça” 66
xalla üçüncü olub.