
Bakı. Trend:
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin seçmə
oyunlarının təqvimi müəyyənləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti
açıqlayıb.
Yığmamız Avropa çempionatının 2024/25 mövsümünün seçmə
mərhələsində 7-ci qrupda mübarizə aparacaq. U-19 noyabrın 13-də
İrlandiya, 16-da İslandiya, 19-da isə Moldova ilə üz-üzə
gələcək.
Qeyd edək ki, qrupun matçları Moldovada keçiriləcək.





























