
Bakı. Trend:
Azərbaycan üzgüçüləri Rusiyada Universitetlər arasında keçirilən
“Rektor Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin verdiyi
məlumata görə Rusiyanın Kazan şəhərində 04-05 may tarixlərində
keçirilən turnirdə üzgüçülərimiz ümumilikdə 2 qızıl, 4 gümüş, 3
bürünc medal qazanıblar.
Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın
32 regionundan 1084 idmançı və Azərbaycandan olan komanda, o
cümlədən 15 universitet komandası yarış mükafatları uğrunda
yarşıblar. İlk gündə idmançılar beş yaş qrupu üzrə 75 mükafat dəsti
uğrunda mübarizə aparıblar.
Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m ve 50 m
batterflyay usulunda qizil medal, Alkərəmova Fatimə isə 100 m
sərbəst üsulda bürünc medala sahib olublar. Yarışların ikinci
günündə də idmançılarımız yüksək nəticələr göstəriblər. Belə ki,
Əbdürrəhman Rüstəmov 100 batterflyay üsulunda 2 ci yer, 200 m
qarışıq usulda 2 ci yer, 200 m sərbəst üsulda 2 ci yeri qazanıb.
Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc
medalla kifayətlənib. Xanım üzgüçümüz Fatimə Alkərəmova isə 200 m
sərbəst üsulda 2 ci, 200 m qarışıq üsulda isə 3 –cü yerə sahib
olub.





























