
Bakı. Trend:
Azərbaycanın futbol üzrə əsas milli komandasının daha bir rəqibi
müəyyənləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti
açıqlayıb.
Millimiz yoldaşlıq oyununda Qazaxıstanla qarşılaşacaq. İyunun
11-dəki matç Macarıstanın “Haladas SportKomplexum” stadionunda
təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə
saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq
yoldaşlıq görüşü keçirəcək.





























