
Bakı. Trend:
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini
2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə
göndərilmiş rəsmi məktubda Bakının namizədliyinin təsdiqləndiyi
bildirilib.
Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək
standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği
üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.
Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində,
Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı”
olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.





























