
Bakı. Trend:
Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev insult
keçirib.
Bu barədə Trend-ə AFFA-nın mətbuat xidmətindən məlumat
verilib.
Hadisə ötən həftəsonu baş verib.
AFFA-nın dəstəyi ilə özəl xəstəxanalardan birinə yerləşdirilən
keçmiş forvardın müalicəsi reanimasiyada davam etdirilir.
Onun vəziyyətinin sabit olduğu və yaxın vaxtlarda palataya
köçürüləcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna 2 qol
vurmuş Vadim Vasilyev karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi”
“Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının
formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran
futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında
çıxış edib.





























