
Bakı. Trend:
Kosta-Rika və Azərbaycan Gimnastika Federasiyaları arasında
gimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu
imzalanıb.
Trend xəbər verir ki, Anlaşma memorandumu AGF-nin baş katibi
Nurlana Məmmədzadə və Kosta-Rika Gimnastika Federasiyasının
prezidenti Villarreal Guadamuz İveth Lorena tərəfindən
imzalanıb.
Bu əməkdaşlıq federasiyalararası təcrübə mübadiləsi baxımından
əhəmiyyətlidir.





























