Advertisement

bp Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

Bakı. Trend:

bp 32 ildir Azərbaycanda fəaliyyət göstərir. Bu illər ərzində
şirkət Azərbaycanın neft və qaz sektoruna 85 milyard dollar sərmayə
yatırıb.

Trend xəbər verir ki, bu sözləri bp şirkətinin Xəzər və Yaxın
Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, bu günə kimi şirkət Xəzərin Azərbaycan sektorunda
50 milyard kubmetr qaz hasil edərək dövlətə təhvil verib.