Bakı. Trend:
Azərbaycan və Slovakiya arasında münasibətlər inkişaf edir.
Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan
Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin
(AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən
Azərbaycan-Slovakiya biznes forumu çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.
“Əfsuslar olsun ki, ticarət rəqəmlərimiz çox da deyil.
Slovakiyanın Azərbaycanda 7 şirkəti fəaliyyət göstərir. Təşkil
etdiyimiz forumdan sonra həm ticarət əlaqələrimiz daha da inkişaf
edəcək. Ümumilikdə 90-dan çox şirkət nümayədələri bu forumda
iştirak edir. Bu biznes forumu Slovakiyanın baş nazirinin
Azərbaycana səfəri çərçivəsində hazırlanıb. İnanırıq ki, həm
sənaye, kənd təsərrüfatı, həm də İT sahəsində əməkdaşlıq inkişaf
edəcək.
İki dövlət arasında ixrac çox azdır. Bunun genişləndirilməsi
lazımdır. Yalnız məhsulların yox, xidmət ixracının da öz töhfəsini
verməyi gözləyirik”, – deyə Y.Abdullayev bildirib.



























