Bakı. Trend:
“Qəbələ” qələbə həsrətinə son qoyub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqada 14, bütün
turnirlər nəzərə alınmaqla 13 oyunluq qələbəsizliyi sona
çatdırıb.
Çempionatın XXXIII turunda “Səbail”ə 3:2 hesabı ilə qalib gələn
“qırmızı-qaralar” 2024-cü ildə ilk dəfə 3 xal qazanıb. Son 14
görüşdə üç heç-heçə və 11 məğlubiyyəti olan “Qəbələ” 136 gün əvvəl
– 2023-cü il dekabrın 22-də “Sabah”ı 1:0 hesabı ilə yenəndən sonra
qalibiyyət üzü görmürdü.
“Qəbələ” 2024-cü ildə çempionatda qalib gəlməsə də, kubokda
sevinib. Fevralın 9-da “Araz-Naxçıvan”a 2 cavabsız qol vuran
komanda sonrakı 87 gündə 13 görüşdə 2 heç-heçə və 11 məğlubiyyətlə
üzləşib.
Kaxaber Tsxadadze “Qəbələ”nin baş məşqçisi kimi ilk qələbəsini
qazanıb. O, əvvəlki 11 qarşılaşmada 2 heç-heçə və 9 məğlubiyyət
görüb. Gürcüstanlı mütəxəssis Azərbaycanda işlədiyi illərdə son
qələbəsini “İnter”dəki son matçında – 2015-ci il mayın 22-də
“Qarabağ” üzərində qazanıb – 2:1. Tsxadadze 9 ilin tamamlanmasına
16 gün qalmış, yəni 3272 gündən sonra qalibiyyət yaşayıb.
Qeyd edək ki, “Qəbələ”nin Premyer Liqada 10-cu yeri tutduğu
XXXII turda rəsmiləşib.





























