Advertisement

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb

Bakı. Trend:

Moody’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin
yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq
ölkə bankları arasında yüksək göstəricilərdən biri hesab
olunur.

Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit
reytinqi “Ba2” səviyyəsində, ödəmə qabiliyyətinin baza səviyyəsi
reytinqini (BCA) “Ba3” səviyyəsində təsdiqləyərək dəyişilməz olaraq
saxlayıb. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə “stabil”
olaraq davam edir. Agentliyin hesabatında bildirilir ki, bu
göstərici yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində
gözlənilən yüksəlməni əks etdirir.

“Kapital Bank-ın BCA reytinqinin “Ba3” səviyyəsində, yerli və
xarici valyutada uzunmüddətli depozit reytinqinin isə “Ba2”
səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o
cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək
olmasının göstəricisidir. 2023-ci ilin sonuna problemli kreditlərin
ümumi kredit portfelindəki payı cəmi 2% təşkil edib. Bankın 2023-cü
ilin sonuna 13%-14% -lik TCE/RWA göstəricisi ilə möhkəm
kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin
qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri
vaxtında ödəməyə imkan yaradır”, – deyə hesabatda qeyd olunur.
Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin
yüksək səviyyədə qalacağını da gözləyir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün— https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.