Advertisement

Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul etdi

Bakı. Trend:

Türkiyə Futbol Federasiyası “Qalatasaray” – “Fənərbağça” görüşü
ilə bağlı qərar qəbul edib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, federasiya derbidə
qonaq komandanın cəmi 2 500 azarkeşinin oyunu stadiondan izləməsinə
icazə verəcək.

Türkiyə polisi derbidən öncə təhlükəsizliyi artırmaq üçün iki
gün əvvəldən hərəkətə keçəcək.

Qeyd edək ki, “Qalatasaray” – “Fənərbağça” görüşü mayın 19-da
Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.