Advertisement

Əmək müqavilələrinin sayı 1,8 milyondan çoxdur

Bakı. Trend:

5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi
siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, xidmət tərəfindən iş yerlərinin
rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və
şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən
tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı
2019-cu ilin əvvəli ilə müqayisədə 442.126 vahid artıb və 2024-cü
ilin may ayının 1-nə 1.844.041 olub.

Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 398.852
vahid artaraq 938.774 olub.