Advertisement

“Qalatasaray”ın sabiq futbolçusu Braziliyada saxlanıldı

Bakı. Trend:

“Mançester Siti” klubunun sabiq futbolçusu Jo Braziliyada
saxlanılıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, buna səbəb “sambaçı”nın aliment
ödəməməsidir.

Braziliya 2-ci divizionunda “Amozanas” klubunda çıxış edən
forvard oyundan əvvəl saxlanılıb. Futbolçunun vəkilinin sözlərinə
görə, aliment ödənildikdən sonra o, sərbəst buraxılacaq.

Qeyd edək ki, Jo “Mançester Siti”, “Everton”, “Qalatasaray”,
SSKA (Moskva), “Korintians”, “İnternasional”, “Atletiko Mineyro” və
“Naqoya Qrampus” klublarının şərəfini qoruyub. O, Braziliya
millisində 20 oyun keçirib və bu matçlarda 5 qolla yadda qalıb.