
Bakı. Trend:
İdman.Biz TV-nin “Ulduzlu İdman” verilişinin növbəti qonağı
tanınmış teatr və kino aktyoru İlqar Musayev olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, verilişin aparıcısı Zümrüd Bədəlova ilə
söhbətində aktyor boksa olan həvəsindən danışıb, hətta köhnə şort
və köynəyində cırılmış boks əlcəklərini nümayiş etdirərək efirə
çıxıb. Üstəlik, güləşlə məşğul olan üç oğlunu da gətirib.
Qardaş qardaşa qarşı çıxıb! Kulminasiya nöqtəsi isə dünya
çempionu Cavid Çələbiyevlə İlqar Musayev arasında döyüş olub. Döyüş
necə bitib?
Kadrları İdman.Biz TV-də izləyin.





























