Bakı. Trend:
Azərbaycan çempionatının Əvəzedicilər liqasında xoşagəlməz
hadisə baş verib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu, XXXIII turun “Kəpəz-2” – “Sumqayıt-2”
matçında yaşanıb.
“Sumqayıt-2”ın inzibatçısı Elnur Hüseynov hakimi təhqir edib.
AFFA-nın İntizam Komitəsi birbaşa qırmızı vərəqə alan inzibatçı ilə
bağlı qərar verib.
Klub rəsmisi 5 oyun cəzalanıb. “Sumqayıt-2” 400 manat cərimə
edilib.
Qeyd edək ki, çempionatın sonuna 3 tur qaldığı üçün Sumqayıt
təmsilçisi mövsümü inzibatçısız bitirəcək.





























