Advertisement

İsmayıllıda Birinci Qarabağ müharibəsində itkin düşən şəhidlə vida mərasimi keçirilir (VİDEO)

Bakı. Trend:

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra
meyitinin qalıqları tapılan Ağayev Ayazla vida mərasimi
keçirilir.

Trend-in
yerli bürosu xəbər verir ki, şəhidlə İsmayıllının Hacıhətəmli
kəndindəki evində vida mərasimi keçirilir.

Şəhid Ayaz Ağayevin qalıqları İsmayıllının Hacıhətəmli kənd
qəbiristanlığında, atasının məzarının yanında dəfn olunacaq.