Advertisement

Cari ilin I rübündə Azərbaycanın qaz hasilatı artıb

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti (SOCAR) tərəfindən 18 min metrə1 yaxın qazma işləri həyata
keçirilib.

Trend xəbər verir ki,
şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi
yataqlardan 1,9 milyon ton2 neft, 2 milyard kubmetr3 qaz hasil
olunub.

Ölkə üzrə qaz hasilatı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə
3,4% artaraq, 12,6 milyard kubmetr4 təşkil edib. Ümumilikdə isə,
ilin birinci rübü ərzində Azərbaycanda 7,3 milyon ton5 xam neft
hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən
neft həcmləri 3,9 milyon ton təşkil edib. Buraya şirkətin öz
imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə
fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan
neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da
daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 2,3% artaraq 6,5 milyard
kubmetr7 olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 4,9
milyard kubmetr8 təşkil edib. Təbii qaz istehlakı ötən ilin müvafiq
dövrü ilə müqayisədə 3,6% artıb.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,7 milyon tona9
yaxın neft, 923,7 milyon kubmetr10 qaz emal edilib. Emal olunan qaz
həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artıb.
SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 min
tondan11 çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici
bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya
məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 3,6% artıb.