Bakı. Trend:
2024-cü ildə Azərbaycan qazının Bolqarıstana tədarükü ölkənin
illik tələbatının 55%-ni ödəyəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri
Mikayıl Cabbarov bu gün keçirilən Azərbaycan-Bolqarıstan
biznes-forumunda bildirib.
“Biz müəssisələrimizi daha sıx əməkdaşlığa təşviq etməyə
çalışırıq. Ötən ilin sonundan etibarən SOCAR şirkəti Bolqarıstanda
rəsmi təmsil olunur. Azərbaycan Bolqarıstana enerji daşıyıcıları,
xüsusilə təbii qazın ixracını davam etdirir. 2024-cü ildə
Azərbaycandan Bolqarıstana ixrac olunacaq qazın həcmi ölkənin illik
tələbatının 55%-ni təmin edəcək”, – M.Cabbarov deyib.
O qeyd edib ki, həmçinin, Bolqarıstan Azərbaycanda istehsal
olunan “yaşıl enerji” ixrac layihəsində (Gürcüstan vasitəsilə
Aİ-yə) iştirakda maraqlıdır.



























