Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.
Trend-in məlumatına görə,
yarımfinal mərhələsinin cavab görüşündə “Atalanta” İtaliyada
Fransanın “Marsel” kollektivini qəbul edəcək.
Komandalar arasındakı ilk matçda heç-heçə qeydə alınıb –
1:1.
İtaliyanın digər təmsilçisi “Roma” Almaniyada “Bayer 04″ün
qonağı olacaq. Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki
cavabsız qolla üstələyib.
UEFA Konfrans Liqasında isə ikinci finalçının adına aydınlıq
gələcək. İngiltərədə “Aston Villa”nı 4:2 hesabı ilə məğlub edən
“Olimpiakos” Yunanıstan da uğurlu çıxış etməyə çalışacaq. Cütün
qalibi finalda “Fiorentina” (İtaliya) ilə üz-üzə gələcək.
Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start
götürəcək.





























