Advertisement

Millimizin Avropa Liqası üçün heyəti açıqlanıb

Bakı. Trend:

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa
Liqası üçün yekun heyəti müəyyənləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu
heyətdə 14 voleybolçu yer alıb.

Komandamız turnirdə 5 hücumçu, 3 blokçu, 3 toppaylayıcı və 3
liberoya güvənəcək. Əsasən gənclərdən təşkil olunan komandamızın
çalışdırıcısı Faiq Qarayevə məşqçilər Famil Ağayev, Emin Əbilov və
Sinişa Popek kömək edəcəklər.

Hücumçular: Marqarita Stepanenko, Anastasiya
Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk,
Anastasiya Mertsalova;

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə
Əliyeva, Marianna Abuyeva;

Liberolar: Yuliya Kərimova, Ceyran İmanova,
Sənubər Ələskərova.

Qeyd edək ki, yığmamız Qızıl Avropa Liqasının Xorvatiyada
keçiriləcək 1-ci mərhələsində iki matça çıxacaq. Millimizin ilk
rəqibləri meydan sahibləri və Slovakiya olacaq.