Advertisement

Turnirlər nə qədər çox olsa, uşaqlarımız bir o qədər inkişaf edər – Fərid Qayıbov

Bakı. Trend:

İkinci ildir bu yarışı dəstəklədikləri üçün Bakı Abadlıq
Mərkəzinə öz minnətdarlığımı bildirirəm.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid
Qayıbov Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol
turnirin finalından öncə jurnalistlərə açıqlamasında bildirib.

Nazir bildirib ki, Bakı Abadlıq Mərkəzi ilə əməkdaşlıq cüdoda da
davam edir: “Bakı kəndləri arasında da cüdo yarışları keçiriblər.
Fürsətdən istifadə edərək, digər iş adamlarını, şirkətləri də
idmana dəstək olmağa çağırıram. Bu, uşaq futbolunun inkişafı üçün
böyük bir addımdır. Bundan savayı, biz ötən il 15 yaşlı uşaqlar
arasında da iki beynəlxalq turnir keçirmişik. Düşünürük ki, belə
turnirlər nə qədər çox olsa, uşaqlarımız da bir o qədər çox inkişaf
edərlər. Gələcəkdə də bu uşaqlar milli komandaya üzv
olacaqlar”.

Qayıbov bildirib ki, kütləvi idman tədbirlərinin sayı ildən-ilə
artır: “Sağlam həyat” layihəmiz var. Biz bu tədbiri hətta
Naxçıvanda da həyata keçirdik. Həmçinin, bu layihə Azərbaycanın
müxtəlif bölgələrində təşkil olunur. Qaçış, üzgüçülük yarışları və
s. müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Bütün idman
federasiyalarına öz təşəkkürümü bildirmək istəyirəm. Hamı aktiv
şəkildə iştirak edir. Kütləviliyin artırılması istiqamətində, həm
də peşəkar idmançıların yetişirilməsində fəal şəkildə fəaliyyət
göstərirlər”.

Qeyd edək ki, 2 ay öncə start götürən yarışa bu gün yekun
vurulacaq. Finalda “Günəşli” və “Aşağı Güzdək” üz-üzə gələcək.