
Bakı. Trend:
Yarışda rəqiblər güclü olduğundan medallar uğrunda mübarizə asan
olmayıb.
Bu barədə Trend-ə
“gənclər” yaş kateqoriyasında gimnastlar arasında qadın idman
gimnastikası üzrə 8-ci Bakı açıq çempionatında və Bakı açıq
birinciliyində çoxnövçülükdə iki qızıl medal qazanan Azərbaycan
idmançısı Albina Əliyeva (2009-2011-ci il təvəllüdü) deyib.
“Yarışlar əla keçdi, hər şeyi bəyəndim. Bu gün mən mürəkkəb
elementləri nümayiş etdirdim. Məşq çətin idi, amma medal qazananda
və yarışlarda yaxşı nəticələr əldə edəndə başa düşürsən ki, bütün
səyləri boşa getməyib. Medal qazanmaq həmişə xoşdur, hər bir
mükafat mənim üçün əzizdir”, – deyə “Ocaq İdman” klubunun yetirməsi
bildirib.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında mayın 9-10-da
kişi idman gimnastikası üzrə 29-cu Bakı açıq çempionatı və Bakı
açıq birinciliyi, qadın idman gimnastikası üzrə 8-ci Bakı açıq
çempionatı və Bakı açıq birinciliyi keçirilir. Yarışlarda müxtəlif
yaş kateqoriyalarında iştirak edən 50-dən çox idmançı iştirak
edir.





























