Advertisement

Güləşçimiz Murad Məmmədov Paris-2024-ə lisenziya qazanıb

Bakı. Trend:

Azərbaycan güləşçisi Murad Məmmədov Paris-2024 Yay Olimpiya
Oyunlarına lisenziya qazanıb.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, yunan-Roma güləşçimiz bu uğura İstanbulda keçirilən
Dünya Olimpiya Təsnifat Turnirində nail olub.

60 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Razvan Arnautla
(Rumıniya) qarşılaşıb. Məmmədov 8:2 hesabı ilə qalib gələrək Fransa
paytaxtında iştirak hüququna yiyələnib.

Əvvəlki mərhələlərdə Aleksandrs Yurkyansla (Latviya) Kristofer
Krameri (Almaniya) 10:1 və Mixal Tratsı (Türkiyə) 5:1 hesabı ilə
məğlub edən pəhləvanımız İstanbuldakı yarışda Azərbaycan yığmasının
ilk lisenziyasının sahibi olub.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 2 güləşçisi
Paris-2024-ə lisenziya üçün həlledici qarşılaşmaya çıxacaq.