Bakı. Trend:
Rafiq Hüseynov Paris-2024-ə lisenziya qazanıb.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, ikiqat dünya çempionumuz bu uğura İstanbulda
keçirilən Dünya Olimpiya Təsnifat Turnirində imza atıb.
Qardaş ölkədə ardıcıl olaraq İlyas Paqkalidisə (Yunanıstan) 3:1,
Kumar Sunilə (Hindistan) 4:3 və Aleks Kessidisə (İsveç) 2:1 hesabı
ilə qalib gələn yunan-Roma güləşçimiz yarımfinalda Laşa Qobadze
(Gürcüstan) ilə qarşılaşıb. 87 kq çəkidə çıxış edən Hüseynov
həlledici qarşılaşmanı da aktivinə yazıb. O, rəqibini 4:1 hesabı
ilə məğlub edib. Bu qələbə Rafiqə olimpiya lisenziyası
qazandırıb.
İstanbulda Hüseynovdan öncə eyni uğura Murad Məmmədov (60 kq) da
imza atıb.
Qeyd edək ki, bu gün daha 1 güləşçimiz lisenziya uğrunda
həlledici görüşə çıxacaq.





























