Advertisement

Azərbaycan güləşçilərindən İstanbulda 3-cü LİSENZİYA

Bakı. Trend:

Sabah Şəriəti Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak
edəcək.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Azərbaycan millisinin yunan-Roma güləşçisi bu
hüquqa İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində
yiyələnib.

130 kq çəkidə çıxış edən idmançımız Olimpiya “bileti” üçün
həlledici görüşdə Pavel Qlinçukla (AİN) üz-üzə gəlib. Bunadək
Nikolaos Ntunyasu (Yunanıstan) 8:3, Roman Kimi (Qırğızıstan) 10:0,
Mantas Knistautası (Litva) 1:1 (sonuncu xal prinsipi) hesabı ilə
məğlub edən güləşçimiz ardıcıl 4-cü qələbəsini qazanıb. O, Pavel
Qlinçuka (AİN) da sonuncu xal prinsipi ilə qalib gəlib (1:1).
Yarımfinaldakı uğur idmançımıza Parisə lisenziya qazandırıb.

Ondan öncə Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) da
Fransa paytaxtına bilet sifariş edib. Bununla da yunan-Roma
güləşçilərimizin hesabındakı vəsiqələrin sayı 5-ə yüksəlib.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisinin aktivində 6
lisenziya var. Sabah isə 5 qadın güləşçimiz xalça üzərinə
çıxacaq.