Advertisement

Avropa Liqası: “Bayer” 90+7-ci dəqiqədə məğlubiyyətdən xilas olub, “Atalanta” finalda

Bakı. Trend:

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun
vurulub.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, cavab oyunları çərçivəsində iki matç baş tutub.

İtaliyada “Roma”ya iki cavabsız qol vuran “Bayer”
məğlubedilməzliyini evdəki görüşdə də davam edib. 0:2 hesabı ilə
geri düşən leverkuzenlilər son dəqiqələrdə məğlubiyyətdən xilas
olublar. 88-ci dəqiqədə Mançinin avtoqolu ilə fərqi minimuma
endirən “Bayer” 90+7-ci dəqiqədə hesabı bərabərləşdirib.

“Atalanta” isə “Marsel”i keçib. Səfərdən heç-heçə ilə dönən
Berqamo təmsilçisi öz meydanında 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qitənin ikinci dərəcəli klub turnirinin finalı
mayın 22-də Dublində keçiriləcək.

Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may
23:00. “Bayer” – “Roma” – 2:2

İlk oyun – 2:0

23:00. “Atalanta” – “Marsel” – 3:0
İlk oyun – 1:1