Advertisement

“Napoli” Kvaratsxeliyanı 130 milyon avroya satmağa hazırdır

Bakı. Trend:

“Napoli” Xviça Kvaratsxeliyanın transferinə yaşıl işıq yandıra
bilər.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Neapol klubu gürcü futbolçunu 120-130 milyon avroya
satmağa hazırdır.

Bu barədə “Napoli”nin prezidenti Aurelio De Laurentis məlumat
verib. Gürcüstan yığmasının üzvü ilə “Barselona” və PSJ maraqlanır.
Onun komanda ilə 2027-ci ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, Kvaratsxeliya 2023/2024 mövsümündə 42 oyunda 10
qolla yadda qalıb.