Bakı. Trend:
Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana kimyəvi
maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,2
faiz azalaraq 161,5 milyon dollara çatdırıb.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“2024-cü ilin aprel ayında Türkiyənin Azərbaycana kimyəvi maddə
məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,3 faiz
artaraq, 40,1 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd
edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında
kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə
müqayisədə 7,3 faiz artıraraq 10,5 milyard dolları ötüb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“2024-cü ilin aprel ayında Türkiyənin dünya bazarlarına kimyəvi
maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5 faiz
artaraq, 2,5 milyard dollara bərabər olub”, – deyə məlumatda qeyd
edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024)
Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları
ixrac edib.



























