Advertisement

Bu il Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma artıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan hava nəqliyyatı ilə
908 min 834 nəfər sərnişin daşınıb.

Trend
Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki,
bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39,4 % çoxdur.

Hesabat dövründə ən çox – 254 min 551 sərnişin Rusiyaya səfər
edib. Bu da, bir il öncəki göstəricidən 27,7 % çoxdur.

Rusiyanı Türkiyə (225 min 607 nəfər sərniş, +26,9 %) və
Birləşmiş Ərəb Əmirlikləri (128 min 675 sərnişin, +46 %)
izləyirlər.

Təkcə aprel ayında Azərbaycandan 254 min 176 sərnişin daşınıb.
Bu, ötən ilin eyni ayı ilə müqayisədə 42,8 % çoxdur. Apreldə
Rusiyaya səfər edənlərin sayı 26,2 % artaraq 73 min 030 sərnişin
olub.