Advertisement

Vadim Vasilyevin son vəziyyəti açıqlandı

Bakı. Trend:

Hazırda özümü normal hiss edirəm.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq
futbolçusu Vadim Vasilyev deyib.

Fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçunun
sözlərinə görə, müalicəsini davam etdirir:

“Dostumun köməyilə hər gün fizioterapiyaya gedirəm. Artıq
müalicə sayəsində sol əlimi də işlədə bilirəm. Bütün müalicə və
dərman xərclərimin hamısına Heydər Əliyev Fondu nəzarət edir.
Həkimlər 6 aya tam şəkildə sağalacağıma vəd edirlər. Əvvələ
nisbətən hər şey çox daha yaxşıdır”.