Advertisement

Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb

Bakı. Trend:

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionatında
bürünc medal qazanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, 58 kq-da çıxış edən Paris-2024-ün
lisenziyaçısı bu uğura Serbiyanın paytaxtı Belqradda imza atıb.

Maqomedov mübarizəyə 1/16 finaldan start verib. Taekvondoçumuz
ardıcıl olaraq, Skutaru Tristan (Rumıniya, 2:0), Xalid Abdel Halim
(Almaniya, 2:1) və Cek Uollini (İrlandiya 2:1) məğlub edərək
yarımfinala yüksəlib. Taekvondoçumuz finala gedən yolda italiyalı
Vito Dell Aquila ilə döyüşüb. Rəqib 2:0 hesabı ilə qələbə
qazandığından Qaşım bürünc medala layiq görülüb.

Qeyd edək ki, Avropa çempionatına mayın 12-də yekun
vurulacaq.