Advertisement

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Bakı. Trend:

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən
artıq ölkəyə ixrac edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Trend-ə bildirilib ki,
2015-ci ildən 2024-ci ilin I rübünün sonunadək sənaye zonalarında
12,7 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da
4,1 milyard manatlıq hissəsi ixrac olunub.

Həmçinin cari ilin birinci rübündə sənaye zonalarında 640,3
milyon manatlıq satış həyata keçirilib ki, bunun da 223,6 milyonluq
hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının
qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6
faiz, ixracında isə 28,2 faiz təşkil edib.

2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya
həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident
statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7
milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi
iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye
zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və
6500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.