Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi
daxilolmalarının həcmi 6 milyard 657 milyon 339,4 min manat təşkil
edib.
Trend DVX-yə istinadən
məlumat verir ki, dövlət büdcəsinə proqnozdan əlavə 954,2 milyon
manat vəsait daxil olub.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən
ilin eyni dövrü ilə müqayisədə 13 % artaraq 4 milyard 522,6 milyon
manata çatıb.
Ödənilən vergilərin 67,9 %-i qeyri-neft-qaz sektorunun, 32,1 %-i
isə neft-qaz sektorunun payına düşüb.



























