Bakı. Trend:
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne İngiltərə
Premyer Liqasında ötürmə sayında 2-ci pilləyə yüksəlib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, o, “Fulhem”lə oyunda “şəhərlilər”in heyətində
111-ci dəfə qolun vurulmasında iştirak edib.
Matçda belçikalı futbolçunun ötürməsindən sonra hesabı açılıb.
Kevin bu göstəricidə “Arsenal” və “Çelsi”də oynamış Sesk Fabreqası
arxada qoyub. Siyahıya “Mançester Yunayted”in keçmiş futbolçusu
Rayan Giqqz başçılıq edir. Uelslinin hesabında 162 ötürmə var.
Qeyd edək ki, “Mançester Siti” “Fulhem”ə 4:0 hesabı ilə qalib
gəlib.





























