Advertisement

“Böyük Dəbilqə”: Elcan Hacıyev və Vüqar Talıbovun bürünc şansı

Bakı. Trend:

Qazaxıstanın Astana şəhərində keçirilən cüdo üzrə “Böyük
dəbilqə” turniri bu gün başa çatacaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin
4 cüdoçusu mübarizə aparacaq.

90 kq

Avropa çempionu Elcan Hacıyev turnirə qələbə ilə start verib.
İlk mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Yermaxan
Anurbekova qalib gəlib. Növbəti görüşdə israilli Li Koçmana qalib
gələn Elcan yarımfinala yüksəlib. O, Yahor Voropayevlə (AİN)
qarşılaşmada məğlub olub. Hacıyev bürünc medal üçün yarışacaq.

90 şəki dərəcəsində digər təmsilçimiz də eyni uğuru təkrar edib.
Vüqar Talıbov Muxammedali Mavlidov (Qazaxıstan), Kristofer
Kaljulaid (Estoniya) və Eldar Allahverdiyevi (AİN) mübarizədən
kənarlaşdırıb. O, yarımfinalda almaniyalı Edurar Trippellə uduzub.
Talıbov bürünc uğrunda güləşəcək.

100 kq

Uşanqi Kokauri v Camal Qamzatxanov ilk görüşdə uduzaraq,
mübarizəni dayandırıblar. Uşanqi yerli Madi Yedilbayevə, Camal isə
Davit Kevlişviliyə (İspaniya) məğlub olub.

Qeyd edək ki, yarışın ilk günündən sonra yığmamızın hesabında
bir bürünc medal var. Kamran Süleymanov 66 kq çəkidə 3-cü olub.