Bakı. Trend:
Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci turun növbəti
oyunu keçirilib.
Trend-in
məlumatına görə, çempionluq uğrunda mübarizə aparan “Arsenal”
səfərdə “Mançester Yunayted”lə üz-üzə gəlib.
Oyun “Topçular”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1.
Oyunda yeganə qolu matçın 20-ci dəqiqəsində Trossar vurub.
Bu qələbədən sonra xallarının sayını 86-ya çatdıran “Arsenal”
turnir cədvəlində liderliyi ələ keçirib. Ondan bir oyun az keçirən
“Mançester Siti” isə 85 xalla ikincidir.
Bu məğlubiyyətsən sonra “Mançester Yunayted” 54 xalla 8-ci
pillədə qaıb və növbəti mövzum avrokuboklarda oynamaq şansını xeyli
azaldıb.





























