Advertisement

Ramilin Şeydayevin komandası yenidən Ertuğrul Sağlama tapşırılıb

Bakı. Trend:

Azərbaycanlı futbolçu Ramil Şeydayevin yeni baş məşqçisinin
adına aydınlıq gəlib.

Trend İdman.biz-ə
istinadən xəbər verir ki, “Kocaelispor”a Ertuğrul Sağlam başçılıq
edəcək.

Təcrübəli mütəxəssislə 1,5+1 illik müqavilə imzalanıb.
“Kocaelispor” mövsümə Sağlamla start versə də, bu ilin fevralında
onun yolları ayırmışdı.

Qeyd edək ki, Şeydayevin komandası pley-offda “Çorum”la üz-üzə
gələcək. Tərəflər arasında ilk oyun mayın 19-da, cavab görüşü isə 4
gün sonra keçiriləcək.