Advertisement

İstanbulda Türkiyə İnvestisiya Fonduna üzv ölkələrin Rəhbərlər Şurasının ilk iclası keçiriləcək

Astana. Trend:

İstanbulda Türk İnvestisiya Fonduna üzv ölkələrin Rəhbərlər
Şurasının ilk iclası keçiriləcək.

Trend xəbər
verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Aybek Smadiyarov brifinqdə deyib.

“17-18 may 2024-cü il tarixlərində Türk İnvestisiya Fonduna üzv
ölkələrin Rəhbərlər Şurasında Qazaxıstanın nümayəndəsi olan
Qazaxıstan Respublikasının baş nazirinin müavini, milli
iqtisadiyyat naziri Nurlan Baybazarovun iştirakı ilə İstanbulda
Türk İnvestisiya Fonduna üzv ölkələrin Rəhbərlər Şurasının ilk
andiçmə iclası keçiriləcək”, – o deyib.

Onun sözlərinə görə, görüşün əsas məqsədi Fondun Rəhbərlər
Şurasının rəsmi olaraq fəaliyyətə başlaması və

O qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd rəsmi
fəaliyyətin başlaması və Türk İnvestisiya Fondunun idarə edilməsi
ilə əlaqədar müvafiq qərarların qəbul edilməsi, eləcə də təsisçi
ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və
dayanıqlı inkişafın dəstəklənməsindən ibarətdir.

Qeyd edək ki, Türk İnvestisiya Fondunun yaradılması haqqında
saziş Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət
başçılarının 2023-cü il martın 16-da Ankarada keçirilən
növbədənkənar sammiti çərçivəsində imzalanıb.

Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Qazaxıstan,
Türkiyə, Özbəkistan və Qırğızıstan olmaqla 5 ölkədir. Fondun
nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Mütləq pay hər ölkə
üzrə 70 milyon dollar olmaqla, 350 milyon dollardır.

Türk İnvestisiya Fondu türk dünyasında iqtisadi inteqrasiya üçün
ilk birgə maliyyə institutudur. Məqsədi regionlararası ticarəti
genişləndirmək və iqtisadi fəaliyyətə dəstəkləməklə TDT-yə üzv
dövlətlərin iqtisadi inkişafına köməklik göstərməkdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun