Advertisement

“Real” “Liverpul”un liderlərindən birini transfer edə bilər

Bakı. Trend:

“Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold yay
transfer pəncərəsində İspaniyaya köçə bilər.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio
Romano paylaşım edib.

O bildirib ki, 25 yaşlı futbolçu Madrid “Real”ının hədəfindir.
“Kral klubu” “Liverpul” müdafiəçisinin keçidinə isti yanaşır və onu
Daniel Karvahalın əvəzedicisi kimi görür.

Lakin hələlik İspaniya komandası ilə futbolçu arasında
danışıqlar başlamayıb. Yalnız Madrid klubunun ciddi marağı
təsdiqlənib.

İngiltərə millisinin üzvü Aleksander-Arnold peşəkar karyerasında
ancaq Mersisaydlıları təmsil edib. Onun klubla hazırkı müqaviləsi
2025-ci ilin iyununa qədərdir.

Qeyd edək ki, futbolçunun transfer dəyəri 70 milyon avrodur.