Bakı. Trend:
İtaliya A seriyasında 36-cı tura yekun vurulub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, “Fiorentina” öz meydanında qələbə
qazanıb.
“Montsa”nı 2:1 hesabı ilə məğlub edən “bənövşəyilər” Konfrana
Liqasına vəsiqə verən 8-ci pilləyə yüksəliblər. Ehtiyatda 1 oyunu
olan Florensiya təmsilçisi 9-cu “Napoli”ni 2 xal qabaqlayır.
“Udineze” vacib 3 xal qazanıb. Udinelilər səfərdə “Leççe”dən
güclü olublar. Bu qələbə komandaya düşmə zonasını tərk etmək imkanı
verib.
İtaliya A seriyası
36-cı tur
“Leççe” – “Udineze” – 0:2
“Fiorentina” – “Montsa” – 2:1





























