
Bakı. Trend:
“Napoli”nin prezidenti Aurelio De Laurentis baş məşqçi Valter
Mazzarrini istefaya göndərmək qərarı ilə bağlı açıqlama verib.
Trend-in
məlumatına görə, bu barədə italiyalı jurnalist Canluka Di
Martsionun internet portalında bildirilib.
Neapol klubunun sahibi Slovakiya millisinin baş məşqçisi
Françesko Kaltsonanın yeni çalışdırıcı olacağını bildirib.
“Mazzarri “Napoli”nin dostudur, bu ağrılı vidadır, dostla
ayrılmaq həmişə çətindir. Nəzərə almalıyıq ki, o, çətin anlarda
klubun köməyinə gəlib, amma bununla belə, azarkeşlərin daha çoxuna
ehtiyacı var”, – deyə o qeyd edib.





























