
Bakı. Trend:
İtaliyanın təcrübəsi Azərbaycan şirkətlərinin müasir
avadanlıqlardan istifadəsi üçün vacibdir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı
direktorunun müavini Tural Hacılı Azərbaycan-İtaliya biznes
forumunda deyib.
“Azərbaycanın iqtisadiyyatın diversifikasiyası, qeyri-neft
sektorunun inkişafı üzrə missiyası var və aqrar sektorun
yaxşılaşdırılması bu missiyanın yerinə yetirilməsi üçün əsas
vəzifələrdən biridir”, – deyə T.Hacılı qeyd edib.
O, hər iki ölkənin aqrar biznes nümayəndələrinin asanlıqla
əməkdaşlıq qurmaları üçün AZPROMO-nun İtaliya Kənd Təsərrüfatı
Texnikası İstehsalçıları Assosiasiyası ilə danışıqlar apardığını
bildirib.
“Çalışırıq ki, şirkətlərimiz müasir avadanlıqlardan istifadə
etsin və burada İtaliyanın təcrübəsi vacibdir”, – o deyib.
T.Hacılı bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində aqrar sahəni fəal inkişafı nəzərdə tutulur.
“Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatının uğurlu inkişafı
üçün potensiala malikdir”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan aqrar sahədə istehsal olunan
məhsulların gəlir gətirməsi üçün, həmçinin, əlavə dəyər zəncirini
yaxşılaşdırmaq istəyir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























